Avropada diaspor təşkilatlarının fəaliyyətinə dair qətnamə qəbul olunub

Avropada diaspor təşkilatlarının fəaliyyətinə dair qətnamə qəbul olunub Avropa Şurası Parlament Assambleyası (AŞPA) "Avropanın diaspor təşkilatlarının fəaliyyətinə dair siyasəti" adlı qətnamə qəbul edib.
Diaspor
24 İyun , 2021 13:31
Avropada diaspor təşkilatlarının fəaliyyətinə dair qətnamə qəbul olunub

Avropa Şurası Parlament Assambleyası (AŞPA) "Avropanın diaspor təşkilatlarının fəaliyyətinə dair siyasəti" adlı qətnamə qəbul edib.

"Report"un Fransa bürosu xəbər verir ki, sənəddə diaspor siyasətinin gücləndirilməsinin ölkələrin iqtisadi, sosial və mədəni inkişafi üçün böyük imkanlar açacağı bildirilib. Diasporu təşkil edən assosiasiyalar ölkələrin mədəni müxtəlifliyini zənginləşdirir, iqtisadi və mədəni əlaqələrin inkişafı üçün münbit şərait yaradır.

AŞPA diasporların fəaliyyətlərini gücləndirə və potensiallarını tam şəkildə reallaşdıra bilmələri üçün dövlət, regional və beynəlxalq səviyyədə konkret tədbirlər görməyi tövsiyə edir. Tövsiyələrə assosiasiya rəhbərləri ilə dialoqların qurulması, diasporların iştirakını və əməkdaşlığını təmin etmək üçün milli mexanizm və institutların yaradılması, onların şəbəkələrini səfərbər etmək məqsədilə tədbirlər planının işlənib hazırlanması və s. daxildir.

Qətnamədə Avropa Şurasının üzv dövlətlərinə diaspor təşkilatlarının üzvlərinin yaşadıqları ölkəyə inteqrasiyasını gücləndirmək məqsədilə diaspor siyasətlərinə tədbirlər planı daxil etmək məsləhət görülüb.

Son xəbərlər

Orphus sistemi