Aşqabadda Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşası nümayiş olunub

Aşqabadda Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşası nümayiş olunub Türkmənistanın paytaxtı Aşqabadda A.S.Puşkin adına Rus Dram Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsəri “Arşın mal alan” tamaşası ənənəvi olaraq səhnəyə qoyulub.
Diaspor
7 aprel 2025 10:28
Aşqabadda Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşası nümayiş olunub

Türkmənistanın paytaxtı Aşqabadda A.S.Puşkin adına Rus Dram Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsəri “Arşın mal alan” tamaşası ənənəvi olaraq səhnəyə qoyulub.

Bu barədə "Report"a Azərbaycanın Türkmənistandakı Səfirliyindən məlumat verilib.

Azərbaycan klassik musiqisinin incisi sayılan bu əsər Aşqabad səhnəsində tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Tamaşanı izləyən Azərbaycanın Türkmənistandakı Səfirliyinin kollektivi və onların ailə üzvləri axşamın sonunda sənətçilərlə görüşüb, onlara gül dəstələri təqdim ediblər.

Qeyd olunub ki, “Arşın mal alan” tamaşası Türkmənistanın mədəniyyət həyatında xüsusi yer tutur. Tamaşa Aşqabadda müxtəlif teatrlarda səhnəyə qoyulur, 1980-ci illərdən etibarən isə bu əsər Aşqabaddakı A.S.Puşkin adına Rus Dram Teatrında müntəzəm olaraq səhnələşdirilir. Əsər həm yerli, həm də xarici tamaşaçılar tərəfindən böyük rəğbət və maraqla izlənilir, teatrsevərlər tərəfindən yüksək qiymətləndirilir.

Orphus sistemi