Almaniyalı alim: “Ermənilər Xocalı soyqırımına görə tarix qarşısında cavab verməli olacaqlar”

Almaniyalı alim: “Ermənilər Xocalı soyqırımına görə tarix qarşısında cavab verməli olacaqlar” “Bütün dünya ictimaiyyəti Xocalıda baş verən hadisələri ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı kimi tanımalıdır. Fikrimcə, Xocalı soyqırımı dünyanın heç bir faciəsi ilə müqayisə oluna bilməz. Çünki bu hadisə erməni hərbçiləri tərəfindən xü
Diaspor
24 İyun , 2023 15:44
Almaniyalı alim: “Ermənilər Xocalı soyqırımına görə tarix qarşısında cavab verməli olacaqlar”

“Bütün dünya ictimaiyyəti Xocalıda baş verən hadisələri ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı kimi tanımalıdır. Fikrimcə, Xocalı soyqırımı dünyanın heç bir faciəsi ilə müqayisə oluna bilməz. Çünki bu hadisə erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilib. Əminəm ki, dünya bunu nə vaxtsa başa düşəcək və öz ədalətli qərarını verəcək”.

“Report”un xəbərinə görə, bu fikirləri Almaniyanın tanınmış elm xadimi, Maqdeburq şəhər Bazar İqtisadiyyatı İnstitutunun rəhbəri Rolf Kunş müəllifi olduğu “Xocalı faciəsi” kitabının II hissəsində yazıb.

Müəllif bildirib ki, ermənilər insanlığa sığmayan bu cinayətkar hərəkətlərinə görə əvvəl-axır tarix qarşısında cavab verməli olacaqlar.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Alman Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, Heydər Əliyev adına Dünya Boks Komitəsinin (WBCA) sədri Yaşar Niftəliyev Millinitsin təşkilatçılığı ilə 2022-ci ildə Berlində nəşr olunan kitabda XX əsrin sonlarında erməni silahlı birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc və silahsız sakinlərinin başına gətirilən soyqırımı hadisəsinin dəhşətlərindən bəhs edilib. Eyni zamanda kitabda ermənilərin mənşəyinə, Cənubi Qafqazda məskunlaşmasına, XVIII əsrin əvvəllərindən azərbaycanlıların başlarına gətirdikləri bəlalara və digər məsələlərə aydınlıq gətirilib.

"Tarixi faktlar və həqiqətlər", "Quba Kütləvi Məzarlığı", "Xocalı soyqırımı" bölümlərinə “Ermənilər kimdir?”, “31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür”, “Ermənilərin XX əsrdə Azərbaycan əhalisinə qarşı törətdikləri qətliam və qırğınlar barədə”, “Ermənilər haqqında söylənilən müxtəlif rəylər, fikirlər”, “Xocalı haqqında məlumat”, “Nə üçün məhz Xocalı strateji hədəf seçilmişdi?”, “Xocalı soyqırımında iştirak etmiş şəxslərin siyahısı”, “Xocalı şəkillərin dili ilə”, “Tarix unutmayacaqdır” sərlövhəli məqalələr daxil edilib.

Kitabda ermənilərin 1905-1906, 1915-1920, 1991-1994-cü illərdə Azərbaycanın müxtəlif bölgələrində və Qərbi Azərbaycanda sülhsevər və qonaqpərvər azərbaycanlılara qarşı xüsusi amansızlıqla törətdiyi qırğınlar, qətliamlar, soyqırımlar, deportasiyalar və terror aktlarını əks etdirən məlumatlar və fotomateriallar, o cümlədən ermənilərin bu dəhşətli cinayətlərlə bağlı yazdıqları fikirlər və çəkdikləri fotoşəkillər də yer alıb: “Vaxtilə ermənilər bu fotoları qürrələnmək üçün cəkib paylaşıblar. “Amma düşünməyiblər ki, bu barədə yazdıqları və paylaşdıqları şəkillər həm də özlərini ifşa edib, onların kim olduqlarını dünyaya tanıdacaq”.

Alim etiraf edib ki, gənclik illərində mətbuatda erməni yalanları ilə bağlı yazılara əhəmiyyət verməyib. Lakin zaman keçdikcə müxtəlif millətlərdən olan məşhur şəxslərin ermənilər barədə fikirlərini oxuduqdan sonra bunun qərəz olmadığını başa düşüb. Xocalı faciəsi barədə KİV-lərdən məlumat alması isə ermənilərin kimliyini araşdırması və 2012-ci ildə “Xocalı faciəsi” kitabının ərsəyə gəlməsi ilə nəticələnib. Lakin bu hadisənin üzərindən 9 il keçdikdən sonra ermənilər barədə daha çox məlumat əldə etdiyi üçün kitabın ikinci hissəsini yazmağı qərara alıb.

Son xəbərlər

Orphus sistemi