Almaniyada yaşayan azərbaycanlı uşaqlara “Məktəbli oyunları” kitabı hədiyyə edilib

Almaniyada yaşayan azərbaycanlı uşaqlara “Məktəbli oyunları” kitabı hədiyyə edilib Azərbaycan Maarifçi Gənclər Təşkilatı Almaniyada "Məktəbli oyunları" kitabının təqdimatını keçirib.
Diaspor
21 Mart , 2022 16:38
Almaniyada yaşayan azərbaycanlı uşaqlara “Məktəbli oyunları” kitabı hədiyyə edilib

Azərbaycan Maarifçi Gənclər Təşkilatı Almaniyada "Məktəbli oyunları" kitabının təqdimatını keçirib.

"Report" xəbər verir ki, kitab Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Folklor oyunlarımızı yaşadaq" layihəsi çərçivəsində nəşr edilib.

Maarifçi Gənclər Təşkilatının sədri Mərziyyə Aslan bilidirib ki, layihənin həyata keçirilməsində məqsəd Azərbaycanın milli folklor oyunlarının tək ölkəmizdə deyil, həm də xaricdə yaşayan azərbaycanlı uşaqlar arasında yaşadılmasından ibarətdir:

"Bu səbəbdən “Məktəb oyunları” kitabının ilk təqdimatını Novruz bayramı ərəfəsində Almaniyanın Berlin şəhərində keçirməyi qərara aldıq. Kitabda milli uşaq oyunlarımız bir yerdə cəmlənib. Əminəm ki, onlar həm bizim qədim adət-ənənələrimizin yaşadılmasına, həm də internet əsrində uşaqlarımızın sosiallaşmasına kömək edəcək”.

Qeyd edək ki, təqdimat Berlində fəaliyyət göstərən "Azərbaycan dili" kurslarında baş tutub. Tədbirdə çıxış edən “Xarı Bülbül” Cəmiyyətinin sədri, Almaniya Azərbaycan Alyansının sədr müavini Sevda Badaliouri belə layihələrin xaricdə yaşayan soydaşlarımız arasında milli-mənəvi dəyərlərimizin təbliğində böyük önəm daşıdığını bildirib.

Tədbirdə azərbaycan dili kursunun tələbələri “Bənövşə” uşaq oyununu və “Tık-tık xanım” nağlından səhnəcik nümayiş etdiriblər. Daha sonra bütün iştirakçılar Qarabağ mahnısını ifa edib. Sonda Almaniyada yaşayan soydaşlarımıza "Məktəbli oyunları" kitabı hədiyyə edilib.

Son xəbərlər

Orphus sistemi