Almaniyada qaçqın düşərgəsindən qaçan azərbaycanlılar saxlanılıblar

Almaniyada qaçqın düşərgəsindən qaçan azərbaycanlılar saxlanılıblar Almaniyada sığınacaq axtaranların yaşadığı düşərgədən qaçan Azərbaycan vətəndaşları saxlanılıblar.
Diaspor
12560
2 Sentyabr , 2020 12:03
Almaniyada qaçqın düşərgəsindən qaçan azərbaycanlılar saxlanılıblar
0 : 00
0 : 00

Almaniyada sığınacaq axtaranların yaşadığı düşərgədən qaçan Azərbaycan vətəndaşları saxlanılıblar.

“Report”un Avropa bürosunun əldə etdiyi məlumata görə, hadisə Bavariya əyalətinin Deggendorf şəhərində yerləşən qaçqın kamplarının birində qeydə alınıb.

Belə ki, 32, 48, 53 yaşlarındakı Azərbaycan vətəndaşları gecə saatlarında yaşadıqları düşərgədən qaçıblar. Mühafizəçilər bu barədə polisə məlumat verib. Deggendorf polisi qaçan şəxsləri şəhər vağzalındakı qatar platformasında saxlaya bilib. Onlar polisə ilkin ifadələrində bildiriblər ki, sentyabrın 3-də nəzərdə tutulan deportasiyada onların da adları var. Bu səbəbdən deportasiyadan yayınmaq üçün Almaniyanı tərk edərək Fransaya getmək qərarına gəliblər. 

Polis əməkdaşları daha sonra saxlanılan azərbaycanlıları Deggendorf şəhər Miqrasiya Xidmətinin əməkdaşlarına təhvil veriblər. Onlar yenidən yaşadıqları kampa gətiriliblər.

Qeyd edək ki, artıq bir neçə gündür Münhen və Düsseldorf şəhərindən 200-ə yaxın sığınacaq axtaran şəxsin deportasiya ediləcəyi ilə bağlı xəbərlər yayılıb. Onların arasında 2015-2019-cu illər arasında Almaniyaya gedərək bu ölkədən sığınacaq istəyən Azərbaycan vətəndaşları da var. 

Xatırladaq ki, Almaniya ötən ay koronavirus pandemiyası dövründə sığınacaq axtaranların ilk deportasiyasını həyata keçirib. Almaniyada sığınacaq müraciətləri rədd edilən və barələrində məhkəmələrin qərarı ilə deportasiya qərarı çıxarılan 33 nəfər Pakistan vətəndaşı Münhen hava limanından xüsusi təyyarə ilə ölkələrinə deportasiya ediliblər. 

Bundan başqa Almaniyada dörd ilə yaxın möhlət hüquq ilə yaşayan azərbaycanlı ailə Gürcüstana deportasiya edilib. İki valideyn, üç uşaqdan ibarət azərbaycanlı ailə gecə saat 4 radələrində polis və miqrasiya idarəsinin əməkdaşları tərəfindən yaşadıqları evdən götürülərək Münhen hava limanına gətiriliblər. Onlar buradan xüsusi təyyarə reysi ilə Gürcüstana deportasiya ediliblər. Deportasiya edilənlər arasında azərbaycanlı ailədən başqa daha 20 nəfər də olub.

Son xəbərlər

Orphus sistemi