Almaniyada Heydər Əliyev adına peşəkar boks kəməri uğrunda yarış olub

Almaniyada Heydər Əliyev adına peşəkar boks kəməri uğrunda yarış olub Berlin. 10 dekabr. REPORT.AZ/ Almaniyanın Übax - Palanberq şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan peşəkar boks kəməri uğrunda yarış olub.
Diaspor
10 Dekabr , 2018 16:40
Almaniyada Heydər Əliyev adına peşəkar boks kəməri uğrunda yarış olub
0 : 00
0 : 00

Berlin. 10 dekabr. REPORT.AZ/ Almaniyanın Übax - Palanberq şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan peşəkar boks kəməri uğrunda yarış olub.

“Report”un Almaniya bürosunun məlumatına görə, Heydər Əliyev adına Dünya Boks Komitəsi (WBCA-World Boxing Committee) tərəfindən təşkil olunan yarışda kəmər uğurunda Almaniyadan olan peşəkar boksçu Aleksandr Frank və Ukraynadan olan peşəkar boksçu Roman Qolovaşenko arasında ağır çəkidə mübarizə aparılıb. Heydər Əliyev adına Dünya Boks Komitəsinin rəhbəri, Alman-Azərbaycan Cəmiyyətin sədri Yaşar Niftəliyev bildirib ki, 5 raunddan sonra almaniyalı boksçu yarışın qalibi olub. Yarışda qalibə kəməri şəhərin meri Volfqanq Yunqniş təqdim edib.

Son xəbərlər

Orphus sistemi