Almaniyada Azərbaycan kamera orkestri yaradılıb

Almaniyada Azərbaycan kamera orkestri yaradılıb Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzerin təşəbbüsü ilə Almaniyadakı azərbaycanlı musiqiçilərdən ibarət orkestr yaradılıb.
Diaspor
19 İyul , 2019 13:22
Almaniyada Azərbaycan kamera orkestri yaradılıb
Report

Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzerin təşəbbüsü ilə Almaniyadakı azərbaycanlı musiqiçilərdən ibarət orkestr yaradılıb. 

"Report" xəbər verir ki, bunu Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzer Diasporla İş üzrə Dövlət Komitəsində təşkil olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, artıq ansambl fəaliyyətə başlayıb və ilk məşqlər musiqiçilər arasında böyük harmoniyanın olduğunu göstərib.

Almaniyada ilk olan Azərbaycan kamera orkestrinin repertuarı Vivaldidən tutmuş bütün Azərbaycan kompozisiyalarına qədər geniş müstəvini əhatə edir. Gələcəkdə orkestrin səfirlik və fəxri konsulluğun rəsmi tədbirlərində də iştirakı nəzərdə tutulur.

Orkestr aşağıdakı ifaçılardan ibarət tərkibdə fəaliyyət göstərir:

Ferhad Mehmet - skripka, Həsən Abasquliyev - skripka, İris İcellioğlu - alt, Nəriman Əkbərov – violonçel, Tair Turqanov - kontrabas, Timur Osmanov - fleyta, Meltem Kandemir - alt, Zeynep Akdil - violonçel, Arzu Məmmədova - skripka, Elgün Ağazadə - skripka, Feliks Knarozovski- faqot, Fərəc Əkbərov - klarnet, Fəridə Rüstəmova - skripka.

Qeyd edək ki, O.Hauzer skripkaçı və konsertmeyster, məşhur bəstəkar Səid Rüstəmovun nəvəsi Fəridə Rüstəmova ilə birlikdə 14 musiqiçini bir kamera orkestrində birləşdirməyə müvəffəq olub.

Son xəbərlər

Orphus sistemi