ABŞ-dakı diasporun pandemiya dövründəki fəaliyyəti müzakirə edilib 

ABŞ-dakı diasporun pandemiya dövründəki fəaliyyəti müzakirə edilib  Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə “ABŞ-da pandemiya və post-pandemiya dövründə icma quruculuğu və diaspor fəaliyyətinin gücləndirilməsi” mövzusunda videokonfrans keçirilib.
Diaspor
186
13 İyul , 2020 11:58
ABŞ-dakı diasporun pandemiya dövründəki fəaliyyəti müzakirə edilib 

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə “ABŞ-da pandemiya və post-pandemiya dövründə icma quruculuğu və diaspor fəaliyyətinin gücləndirilməsi” mövzusunda videokonfrans keçirilib.

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, virtual tədbirdə ABŞ-ın müxtəlif ştatlarından 20-dən çox diaspor təşkilatının rəhbərləri və fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov soydaşlarımızı salamlayıb. O, dövlətimizin diaspor siyasəti, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə xarici ölkələrdə istifadəyə verilmiş Azərbaycan Evləri və “Qarabağ” məktəblərinin, eləcə də Koordinasiya Şuralarının son dönəmdəki fəaliyyəti haqqında danışıb. Pandemiya dövründə soydaşlarımızın əsl birlik nümayiş etdirməsi, bir-birlərinə dəstək olmaları, diaspor təşkilatlarının fəaliyyət göstərdikləri ölkələrdəki Azərbaycan səfirlikləri ilə əlaqəli şəkildə çalışmaları, Dövlət Komitəsinin müvəqqəti çətinliklərlə üzləşmiş 6 mindən çox soydaşımıza yardım etməsi və sair məsələlər nəzərə çatdırılıb. 24 saat fasiləsiz fəaliyyət göstərən Koordinasiya Şuralarının, soydaşlarımızım sığınacaq yerinə çevrilmiş Azərbaycan Evlərinin fəaliyyəti müsbət qiymətləndirilib.

Sonra Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Həmid Əhmədi, Nyu-York Azərbaycan–Amerika Qadın Cəmiyyətinin rəhbəri Münəvvər Vahabova, “My Way Development Center”in rəhbəri Alyona Bədəlova, Azərbaycan Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli, Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin prezidenti Fərid Məmmədov və icraçı direktoru Mehriban Məmmədova, İllinoys Azərbaycan–Amerika Cəmiyyətinin rəhbəri Əhməd Obalı, Florida Azərbaycan icmasının rəhbəri Esmira Bayramova, Florida Amerika–Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminova və mədəniyyət məsələləri üzrə direktoru Pərvin Muradova Dilbazi, Azərbaycan-Amerika Musiqi Fondunun rəhbəri Cəmilə Cavadova, “Amerikanın Səsi” radiosunun sabiq əməkdaşı Həbib Azərsina, İllinoys-Azərbaycan Xeyriyyə Təşkilatının rəhbəri Teymur Mehmandarov, Meyn–Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədov, Nyu-Yorkdakı diaspor fəalı Aqil Hüseynov, AZAL-ın ABŞ-dakı nümayəndəsi Elnur Ələkbərov,  Şimali Kaliforniyada iş adamı Cavid Rəsulov, “New England” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Rauf İsmayılov, piano ifaçısı Təranə Teylor, Amerika–Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri İslam Rizvanoğlu çıxış ediblər.

Çıxışlar zamanı  Komitənin fəaliyyətində yeni dövrün başlanması, müxtəlif maraqlı proqram və layihələrin həyata keçirilməsi, azərbaycanlıların birliyi və təşkilatlanması isiqamətində atılan addımlar yüksək qiymətləndirilib.

Soydaşlarımız arasında koordinasiyanın təmin edilməsinin zəruriliyini, Azərbaycan Evlərinin fəaliyyətinin böyük əhəmiyyətə malik olduğunu vurğulayan tədbir iştirakçıları pandemiya dövründə Dövlət Komitəsinin həmvətənlərimizə göstərdiyi həssas münasibəti, diqqət və qayğını təqdir ediblər, gələcəkdə ABŞ-da Azərbaycan Evinin yaradılmasının məqsədəuyğun olduğunu bildiriblər.

Son xəbərlər

Orphus sistemi