ABŞ-da Zəfər və Dövlət Bayrağı günlərinə həsr olunmuş aksiya keçirilib

ABŞ-da Zəfər və Dövlət Bayrağı günlərinə həsr olunmuş aksiya keçirilib ABŞ-ın Nyu-York şəhərində 8 noyabr Zəfər Gününə və 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib.
Diaspor
9 Noyabr , 2021 23:52
ABŞ-da Zəfər və Dövlət Bayrağı günlərinə həsr olunmuş aksiya keçirilib

ABŞ-ın Nyu-York şəhərində 8 noyabr Zəfər Gününə və 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, üzərində Azərbaycan həqiqətlərini əks etdirən led ekranlı avtomobil “Qarabağ şikəstəsi”, “Bayatı Şiraz” təsnifinin sədaları altında Nyu-Yorkun mərkəzi küçə və meydanlarında hərəkət edib, dünyaca məşhur “Times” meydanında dayanıb.

Led ekranlarda üçrəngli dövlət bayrağımız, “Şuşa, sən azadsan!”, “Qarabağ Azərbaycandır”, “Qələbən mübarək, Azərbaycan” şüarları yer alıb, qələbəmizin simvolu “Şuşa”nın və “Xarıbülbül”ün, müzəffər ordumuzun şanlı qələbəsinin və azad olunmuş tarixi torpaqlarımızın təsvirləri əks olunub.

Habelə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tarixi qələbə çıxışları yayımlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutan aksiya çərçivəsində avtomobil Nyu-Yorkun Manhetten adasının mərkəzi küçə və meydanlarından - Brodveydən, Uoll Stritdən, Vaşinqtonun Meydan Parkından, 5-ci Avenyudan, Çambers Strit və Mərkəzi Parkdan, eləcə də strateji əhəmiyyətə malik binaların, o cümlədən BMT-nin inzibati binasının önündən keçib. Məlumat lövhəli maşın bir neçə saat ərzində hər gün minlərlə turistin ziyarət etdiyi, Nyu-Yorkun simvolu hesab olunan “Times” meydanında dayanıb.

Məlumatlandırma aksiyası ətrafdan keçən yerli sakinlərin və turistlərin diqqətini çəkib. Onlar foto və videolar çəkib, aksiya barədə məlumat alıblar.

Son xəbərlər

Orphus sistemi