ABŞ-da Xocalı faciəsinin 30 illiyi ilə əlaqədar aksiya keçirilib

ABŞ-da Xocalı faciəsinin 30 illiyi ilə əlaqədar aksiya keçirilib ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Xocalı faciəsinin 30 illiyi ilə əlaqədar aksiya keçirilir.
Diaspor
27 Fevral , 2022 02:00
ABŞ-da Xocalı faciəsinin 30 illiyi ilə əlaqədar aksiya keçirilib

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Xocalı faciəsinin 30 illiyi ilə əlaqədar izdihamlı mitinq keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, tədbirdə Azərbaycan dövlət himni səsləndirilib, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan-Nyu-York Assosiasiyasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan mitinqdə ABŞ-ın müxtəlif ştatlarında yaşayan soydaşlarımız və Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri iştirak ediblər.

Yüzlərlə həmvətənlərimiz Kapitol binasının önünədə toplaşıblar. Aksiya iştirakçıları әllәrində Azәrbaycan, Türkiyə, ABŞ bayraqları, eləcə də Xocalıya ədalət tələb edən və faciәni әks etdirən plakatlar tutublar.

Mitinqin keçirildiyi əraziyə nəhəng Azərbaycan bayrağı gətirilib.

Mitinq iştirakçıları "Xocalıya ədalət!”, "Soyqırıma, terrora yox deyirik!", “Xocalıya biganə qalma!” şüarları səsləndiriblər.

Çıxışçılar Vaşinqtonda Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsini, bu faciəni törədənlərin məsuliyyətə cəlb olunmasını tələb ediblər.

Mitinqin keçirildiyi ərazidə üzərində Xocalıya ədalət şüarları və Xocalı soyqırımı barəsində məlumatları olan elektron lövhəli maşınlar dövrə vurub.

İcazəli keçirilən Xocalı mitinqi  iki saat davam edib. 

Mitinqin sonunda Xocalı ilə bağlı bəyanat qəbul olunub və ABŞ-ın rəsmi orqanlarına və beynəlxalq təşkilatlar göndərilib.

2022-02-26 22:03

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Xocalı faciəsinin 30 illiyi ilə əlaqədar aksiya keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycan-Nyu-York Assosiasiyasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan aksiyada ABŞ-ın müxtəlif ştatlarında yaşayan soydaşlarımız və Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri iştirak edirlər.

Hazırda yüzlərlə həmvətənimiz Kapitoli binasının önündə toplaşıblar.

Aksiya iştirakçıları әllәrində Azәrbaycan, Türkiyə, ABŞ bayraqları, eləcə də Xocalıya ədalət tələb edən və faciәni әks etdirən plakatlar tutublar.

Məqsəd dünya ictimaiyyətinin diqqətini ermənilərin Xocalıda törətdiyi qanlı cinayətə çəkmək, Xocalı faciəsini törədənlərin hüquq müstəvisində məsuliyyətə cəlb olunmasını təmin etməkdir.

Nümayişin sonunda qəbul edilən qətnamənin ABŞ-ın rəsmi orqanlarına və beynəlxalq təşkilatlara ünvanlanması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi