Yuxarı
    Bağlamaq

    Ukraynalılar qələbə gününü azərbaycanlıların ucaltdığı kompleksdə qeyd ediblər

    Bakı. 12 may. REPORT.AZ/ Ukraynanın Odessa və Nikolayev vilayətində yaşayan azərbaycanlılar və yerli millətin nümayəndələri faşizm üzərində qələbənin 73-cü illiyini azərbaycanlıların ucaltdığı abidə-kompleks önündə qeyd ediblər.

    Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) "Report"a verilən məlumata görə, konqresin Nikolayev vilayəti üzrə sədri Yunus Əliyev tərəfindən Besarabka kəndində 416-cı Taqanroq Azərbaycan diviziyasının xatirəsinə ucaldılmış abidə kompleksi önünə toplaşanlar tədbir keçiriblər.

    Mərasimdə hər iki vilayətdən azərbaycanlılar, yerli rəsmi nümayəndələr və gənc fəallar iştirak ediblər.

    Qeyd edək ki, BUAK sədri Ukrayna Millətlər Assambleyasının prezidenti, Avropa Azərbaycanlıları Konqresinin vitse prezidenti Rövşən Tağıyevdir.
    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi