Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbəri "Report" agentliyinin qonağı olub - FOTO

Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbəri "Report" agentliyinin qonağı olub - FOTO BUAK sədri: "Azərbaycan diasporu Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edir"
Diaspor
30 Aprel , 2015 18:03
Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbəri Report agentliyinin qonağı olub - FOTO

Bakı. 30 aprel. REPORT.AZ/ Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev "Report" agentliyinin qonağı olub.

Azərbaycan diasporunun rəhbəri agentliyin fəaliyyəti ilə tanış olub. 

R.Tağıyev agentliyin baş redaktoru Murad Əliyev, eləcə də Azərbaycan diasporunun fəaliyyətini işıqlandıran siyasi şöbənin jurnalistləri ilə görüşüb. 

BUAK rəhbəri qeyd edib ki, Azərbaycan diasporu Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edir.

O, azərbaycanlıların problemlərinə, həmçinin onların xaricdə, o cümlədən Ukraynada diaspor təşkilatları çərçivəsindəki fəaliyyətinə daha diqqətlə yanaşmağa çağırıb. R.Tağıyev obyektiv informasiyanın yayılmasının vacibliyini qeyd edib. 

Görüş zamanı həmçinin Ukraynanın ərazi bütövlüyü və suverenliyinin təmin olunmasında azərbaycanlıların rolu, Ukraynadakı hadisələrin Azərbaycan mətbuatı tərəfindən işıqlandırılması və bir sıra digər məsələlər müzakirə olunub.  

"Report" agentliyinin fəaliyyəti haqqında danışan baş redaktor M.Əliyev bildirib ki, agentlik Azərbaycan diasporunun xaricdəki fəaliyyətinə böyük diqqət ayırır. Onun sözlərinə görə, R.Tağıyevin Ukrayna Millətlər Assambleyasının prezidenti vəzifəsinə seçilməsi Azərbaycan diaspor təşkilatının böyük nailiyyətidir. 

Görüşdə həmçinin BUAK-ın Xarkov şöbəsinin fəal üzvü Vasif Nəbiyev də iştirak edib. 

Qeyd edək ki, Ukrayna Millətlər Assambleyasına Ukrayna Yəhudi Fondu, Ukrayna Tatar Mədəniyyət Mərkəzi, Ukrayna Türkdilli Xalqlar Mərkəzi, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi, Krım Azərbaycanlıları Cəmiyyəti, Ukrayna Qaqauzları Konqresi və ölkədə yaşayan digər etnik xalqların təşkilatları daxildir. 

Son xəbərlər

Orphus sistemi