Yuxarı
    Bağlamaq

    Ukraynada azərbaycanlılar “Vətənpərvərlər marşı” yürüşü keçiriblər

    Ən böyük Ukrayna bayrağının təqdimatı olub

    Bakı. 26 avqust. REPORT.AZ/ Ukraynada yaşayan azərbaycanlılar bu ölkənin milli bayraq və müstəqillik günlərini qeyd ediblər. Ukrayna Millətlər Assambleyasından "Report"a verilən məlumata görə, Nikolayevdə baş tutan tədbirdə Assambleya prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Nikolayev vilayəti Millətlər Cəmiyyətləri Şurasının azərbaycanlı sədri Anar Axundov, Azərbaycanlı Gənclər Təşkilatının sədri Xəyyam Həqiqətoğlu, Nikolayev vilayətindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin sədri Yunus Əliyev və digər azərbaycanlı fəallar iştirak ediblər. Ukraynada yaşayan azərbaycanlılar əvvəlcə tədbiri “Vətənpərvərlər marşı” adı altında başlayıblar və yürüş ediblər. 

    Tədbirdə ölçüsünə görə ən böyük Ukrayna bayrağının təqdimatı olub. Yürüş də daxil olmaqla, sonda baş tutan konsertdə ümumilikdə 4 mindən çox adam iştirak edib. BUAK sədri, Assambleya rəhbəri Rövşən Tağıyev çıxış edərək, Ukraynada millətlərin birgə yaşayışından, azərbaycanlıların Ukrayna həyatında, ölkənin müstəqilliyi uğrunda aktivliyindən bəhs edib.

    Tədbir müxtəlif millətlərə məxsus musiqi nümunələrinin təqdimatı ilə başa çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi