Ukraynada Azərbaycan diasporunun dəstəyi ilə beynəlxalq konfrans keçirilib

Ukraynada Azərbaycan diasporunun dəstəyi ilə beynəlxalq konfrans keçirilib Bakı. 1 oktyabr. REPORT.AZ/ Taras Şevçenko adına Kiyev Milli Universitetində (KMU) Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyevin dəstəyi ilə “Şərqi Avropa ölkələri tarixinin tədqiqatı üsulları, mənbələr və dəyərləndirmələr“ adlı beynəlxalq konfrans keçirilib.
Diaspor
1 Oktyabr , 2018 20:40
Ukraynada Azərbaycan diasporunun dəstəyi ilə beynəlxalq konfrans keçirilib

Bakı. 1 oktyabr. REPORT.AZ/ Taras Şevçenko adına Kiyev Milli Universitetində (KMU) Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyevin dəstəyi ilə “Şərqi Avropa ölkələri tarixinin tədqiqatı üsulları, mənbələr və dəyərləndirmələr“ adlı beynəlxalq konfrans keçirilib. 

BUAK-dan "Report"a verilən məlumata görə, konfransda KMU-nun prorektoru Petro Bex, Tarix fakültəsinin dekanı İvan Patrılyak, Ali Radanın deputatı Taras Kremin, Türkiyənin Ukraynadakı səfiri Yönət Can Tezel, diplomat Yuriy Koçubey, Kiyevdə Yunus Əmrə İnstitutunun rəhbəri Əndər Korkmaz, Sakarya Universitetinin doktoru Yücel Öztürk, İstanbul Universitetinin doktoru Mualla Uydu, Kiyev-Mohila Universitetinin doktoru, türkoloq və ukraynaşünas Fərhad Turanlı və digər alimlər, ictimai xadimlər iştirak ediblər. 

Konfransda Ukrayna, Türkiyə, Albaniya, Macarıstan və Polşa elmi tədqiqatçıları məruzələrlə çıxış edərək mövzu ilə əlaqədar tarixi araşdırmaların üsullarının təkmilləşdirilməsi, müvafiq elmi əsərlərin tərcümə və nəşr olunmasının əhəmiyyəti, vaxtaşırı bu cür müzakirələrin müxtəlif ölkələrdə davam etdirilməsi haqqında qərar qəbul ediblər. 

Albaniyalı alim Entela Muçonun növbəti konfransın bu ölkənin paytaxtı Tirana şəhərində təşkil olunması barədə təklifi də dəstəklənib. 
Konfransın digər dəstəkçisi Şərqi Avropa Ölkələrinin Tədqiqatı Birliyidir. 

Mübariz Aslanov

Son xəbərlər

Orphus sistemi