Yuxarı

Ukrayna prezidenti azərbaycanlı diaspor rəhbərinin fəaliyyətini yüksək qiymətləndirib

Ukrayna prezidenti azərbaycanlı diaspor rəhbərinin fəaliyyətini yüksək qiymətləndirib

Bakı. 27 avqust. REPORT.AZ/ Ukraynanın müstəqilliyinin 27-ci ildönümü münasibətilə paytaxt Kiyevdə keçirilən tədbirlərə prezident Petro Poroşenko və birinci xanım Marina Poroşenkonun dəvəti ilə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri, Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti Rövşən Tağıyevin başçılıq etdiyi fəal etnik xalqların nümayəndələri də qatılıb.

UMA-dan "Report"a verilən məlumata görə, tədbir çərçivəsində Rövşən Tağıyev ilə söhbətləşən prezident Petro Poroşenko Ukrayna Millətlər Assambleyasının, xüsusilə onun fəaliyyətini yaxından izlədiyini və təqdir etdiyini bildirib. 

Prezident etnik xalqların, o cümlədən azərbaycanlıların diaspor olaraq Ukraynanın suverenliyi, iqtisadi layihələr və humanitar aksiyalarında fəal iştirakından məmnunluğunu ifadə edib. 

R.Tağıyev isə rəhbərlik etdiyi diaspor təşkilatının Ukraynanın suverenliyi uğrunda humanitar aksiyaları, ictimai-siyasi fəallığı bundan sonra da davam etdirəcəyini bildirərək yeni işləri barədə məlumat verib.

Tədbirdə R.Tağıyev Ukraynanın digər rəsmiləri ilə də işgüzar müzakirələr aparıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi