Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda tədbir keçirilib

Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda tədbir keçirilib Azərbaycan və gürcü xalqları arasındakı dostluq münasibətlərinin bir çox ölkələr üçün örnək olduğu qeyd edilib
Diaspor
25 İyul , 2017 23:14
Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda tədbir keçirilib

Tbilisi. 25 iyul. REPORT.AZ/ İyulun 25-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda “Dəyirmi masa” keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbiri Azərbaycanın “İslahatçı Gənclər” Birliyi və Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzi (AMM) Gənclər şöbəsi birgə təşkil edib.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva tədbiri açaraq ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin qədim tarixindən danışıb, gənclər təşkilatları arasında münasibətlərin genişlənməsinin əhəmiyyətini xüsusi qeyd edib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Rəhim Rəhimzadə çıxışında deyib ki, Gürcüstan-Azərbaycan münasibətləri bütün sahələrdə günbəgün inkişaf edir. Xalqlarımız arasındakı isti münasibətlər əsrlər boyu davam edir və bu, bir çox ölkələr üçün örnəkdir.

“İslahatçı Gənclər” Birliyinin sədri Fərid Şahbazlı, Azərbaycan İnsan Hüquqları və Demokratiya İnstitutunun rəhbəri Əhməd Şahidov çıxış edərək Azərbaycan dövlətinin gənclər siyasəti barədə məlumat veriblər.

Qeyd olunub ki, ikitərəfli münasibətlərin inkişafında gənclər təşkilatlarının üzərinə böyük yük düşür. İki ölkənin gənclər təşkilatları arasında körpü rolu oynayacaq layihələrə etiyac var. Hər iki xalqın mədəniyyətini, tarixini və həqiqətlərini dünyaya çatdırmaq istiqamətində birlikdə müəyyən addımların atılması zəruridir.

AMM gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva Gürcüstan-Azərbaycan münasibətlərinin çoxşahəli olduğunu vurğulayıb. Bildirib ki, mədəniyyətlərarası dialoq və gənclərlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində işlər aparılır. Bu işlər, hazırlanan layihələr dostluq münasibətlərimizin daha genişlənməsində mühüm rol oynayacaq.

Gürcü ictimaiyyətinin nümayəndəsi, professor Simon Kopadze, ictimai xadim Vasili Papava, Kvemo Kartli-Borçalı quberniyasının nümayəndəsi Anar Suleymanov və çıxış edərək ikitərəfli əlaqələrin inkişafı istiqamətində görüləcək işlərdən danışıb, təkliflər səsləndiriblər.

Son xəbərlər

Orphus sistemi