Tbilisidə Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib

Tbilisidə Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib Gürcüstanın paytaxtı Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində 15 iyun - Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.
Diaspor
14 İyun , 2019 17:56
Tbilisidə Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib

Gürcüstanın paytaxtı Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində 15 iyun - Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə muzeyin nəzdində fəaliyyət göstərən rəsm dərnəyinin şagirdlərinin 30-a yaxın rəsmi sərgilənib.

Sərgidə uşaqların Azərbaycan mövzusunda rəsmləri də nümayiş etdirilib.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva dərnəyin azərbaycanlı və gürcü şagirdlərinə Milli Qurtuluş Gününün tarixi və əhəmiyyəti barədə məlumat verib. O bildirib ki, ulu öndər Heydər Əliyevin xalqın çağırışı ilə yenidən hakimiyyətə qayıdışı sayəsində Azərbaycana sabitlik, inkişaf və beynəlxalq arenada böyük nüfuz gətirib.

L.Əliyeva Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uşaq və yeniyetmələrə, həmçinin xaricdə yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğıdan da söz açıb.

Tədbirdə gənc musiqiçilər Rasim və Ramin Pirməmmədov qardaşları tar və pianoda Azərbaycanın milli mahnı və musiqilərini ifa ediblər.

Son xəbərlər

Orphus sistemi