Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə Uelsdə beynəlxalq konfrans keçirilir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə Uelsdə beynəlxalq konfrans keçirilir IV Qlobal Bakı Forumuna hazırlıq və “İnterAction” Şurasının 33-cü illik toplantısına ev sahibliyi müzakirə olunub
Diaspor
3 İyun , 2015 15:14
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə Uelsdə beynəlxalq konfrans keçirilir

Bakı. 3 iyun. REPORT.AZ/ Uelsdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Koreya və Uels hökumətlərinin dəstəyi ilə “İnterAction” Şurasının 32-ci illik toplantısı keçirilir. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, toplantıda əsasən Rusiya və Qərb münasibətləri, o cümlədən Ukrayna böhranının həlli məsələsi müzakirə olunur.  

Toplantı çərcivəsində 2016-cı ildə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunacaq IV Qlobal Bakı Forumuna hazırlıq və “İnterAction” Şurasının 33-cü illik toplantısına ev sahibliyi müzakirə olunub.

Toplantının işində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq prezidenti Vaira Vike-Frayberqa, mərkəzin üzvləri - Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko, Kolumbiyanın sabiq prezidenti Andres Pastrana, eləcə də Argentina, Meksika, Yunanistannın keçmiş prezidentləri və Kanada, Yeni Zellandiya, İordaniya, Rusiya, İrlandiya, İngiltərənin sabiq baş nazirləri iştirak edir.

Qeyd edək ki, “İnterAction” Şurası sabiq prezident və baş nazirləri birləşdirən nüfuzlu beynəlxalq təşkilatdır. 1983-cü ildə yaradılmış qurumun əsas məqsədi bəşəriyyəti narahat edən siyasi, iqtisadi və sosial məsələlərin həllində təcrübəsini, enerjisini və beynəlxalq əlaqələrini səfərbər etmək üçün sabiq liderləri bir araya gətirməkdir. Qurumun 30-dan çox üzvü var və onlar hər il toplaşaraq qlobal problemlərin həlli üçün tövsiyələr işləyib hazırlayırlar. Şuranın üzvləri sırasında dünya siyasətinin ən tanınmış simaları Helmut Şmit (Almaniyanın kansleri, 1974-1982), Jan Kretyen (Kanadanın naş naziri, 1993-2003), Franz Vranitzki (Avstriyanın kansleri, 1986-1997), Bill Klinton (ABŞ prezidenti, 1993-2001), Valeri Jiskar d`Esten (Fransanın prezidenti, 1974-1981), Alain Juppe (Fransanın baş naziri, 1995-1997), Seyid Məhəmməd Hatəmi (İran prezidenti, 1997-2005) və digər tanınmış siyasətçilər var.

“İnterAction” Şurası ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əməkdaşlığı bu ilin aprel ayında Bakıda keçirilən III Qlobal Bakı Forumu çərçivəsində başlayıb.

Son xəbərlər

Orphus sistemi