Yuxarı
    Bağlamaq

    Moskvada "İslam dünyasının ilk demokratiyası: ADR-in 100 illiyi" adlı "dəyirmi masa" keçirilib - FOTO

    Dinlə
    © Report

    Moskva. 15 may. REPORT.AZ/ Rusiyada Moskva Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbində (MMTU AİM) "İslam dünyasının ilk demokratiyası: ADR-in 100 illiyi" mövzusunda "dəyirmi masa" keçirilib.

    "Report"un Rusiya bürosunun məlumatına görə, tədbirin açılışını edən MMTU AİM-in Yaxın Şərq klubunun rəhbəri Murad Sadıqzadə Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 100 illiyinin Azərbaycan ictimaiyyəti üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

    "ADR özündə Qərbin parlamentarizminin və Şərqin siyasi mədəniyyətinin dəyərlərini birləşdirmişdi. İslam dünyasında ilk demokratiya olmaqla yanaşı, Azərbaycan həm də qadınların siyasi hüquqlarını tanıyan ilk ölkə kimi gender bərabərliyi sahəsində flaqmanlardan biri olub. İlk respublikanın əsasını təşkil edən fundamental prinsiplər gələcək nəsillər üçün böyük miras olub və müasir Azərbaycana onun layiqli varisi olmağa imkan verib", - M.Sadıqzadə bildirib.

    Konfrans iştirakçıları həmçinin tarixin təhlil prizmasından Azərbaycan xalqının sülhsevərliyini diqqətə çatdırıb və Şərqin ilk demokratik dövləti barədə xatirələrin gələcək nəsillərə çatdırılmasına dair çağırış ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi