Yuxarı
    Bağlamaq

    Moldovanın mədəniyyət və təhsil naziri AAK nümayəndələrinə təşəkkür edib

    Bakı. 2 aprel. REPORT.AZ/ Moldovanın mədəniyyət və təhsil naziri xanım Monika Babuk Kişineuda səfərdə olan Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımovu və AAK İdarə Heyətinin üzvü, Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Vüqar Novruzovu qəbul edib. 

    Avropa Azərbaycanlıları Konqresindən "Report"a verilən məlumata görə, qəbul zamanı Sahil Qasımov AAK-ın fəaliyyətindən, gələcək planlardan və Avropada mədəni müxtəlifliyin inkişafında azərbaycanlıların fəaliyyətindən danışıb.

    Nazir Monika Babuk isə azərbaycanlıların Moldovadakı fəaliyyətindən, ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıb. O qeyd edib ki, Azərbaycan və Moldova arasında münasibətlər yüksək səviyyədədir. Nazir son 25 ildə Azərbaycanda gedən bütün sahələr üzrə inkişafı yüksək qiymətləndirib, Azərbaycan xalqına uğurlar arzulayıb. M.Babuk Avropada da azərbaycanlıların və moldovanların dostluğundan danışıb: “Bu yaxınlarda Fransada Moldovanın dövlət tədbiri Paris Azərbaycan Evində keçirildi. Azərbaycan Evi təmənnasız olaraq qapılarını qardaş Moldova xalqına açdı. Xahiş edirəm mənim təşəkkürümü azərbaycanlı dostlara çatdırın". 

    Görüş zamanı MAK sədri Vüqar Novruzov da Moldovada Azərbaycan mədəni nümunlərinin getdikcə tanınmasından, azərbaycanlıların bu ölkənin mədəni həyatında fəallığından danışıb.

    Daha sonra S.Qasımov və V.Novruzov Kişineuda keçirilən beynəlxalq turizm sərgisində iştirak ediblər və tədbir çərçivəsində Moldova Turizm Agentliyinin baş direktoru Stanislav Rusu ilə görüşüblər. Görüş zamanı ölkələr arasında turizm sahəsində əlaqələr və perspektivlər müzakirə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi