Bakı. 19 sentyabr. REPORT.AZ/ Yekaterinburqda fəaliyyət göstərən "Azərbaycan" təşkilatının Sverdlovsk vilayətinin Tikinti Nazirliyinə qarşı iddiası təmin olunub.
"Report"un Znak.ru saytına istinadən verdiyi məlumata görə, qurum artıq ikinci dəfədir "Azərbaycan" təşkilatna Yekaterinburqun Repin küçəsində məscid tikməyə icazə verməyib. Bundan əvvəlki prosesi də təşkilat udub.
Məscidin müsəlman qəbiristanlığı yaxınlığında tikilməsi planlaşdırılır. Tikinti və İnfrastruktur Nazirliyində hesab etdilər ki, "Azərbaycan"ın sərəncamında olan torpaq sahəsi "Nekropol" mədəni irs obyektinin mühafizə zonasına daxildir.