Məhkəmə Yekaterinburqdakı "Azərbaycan" təşkilatının məscid tikintisi ilə bağlı iddiasını təmin edib

Məhkəmə Yekaterinburqdakı "Azərbaycan" təşkilatının məscid tikintisi ilə bağlı iddiasını təmin edib Məscidin müsəlman qəbiristanlığı yaxınlığında tikilməsi planlaşdırılır
Diaspor
19 Sentyabr , 2017 12:38
Məhkəmə Yekaterinburqdakı Azərbaycan təşkilatının məscid tikintisi ilə bağlı iddiasını təmin edib

Bakı. 19 sentyabr. REPORT.AZ/ Yekaterinburqda fəaliyyət göstərən "Azərbaycan" təşkilatının Sverdlovsk vilayətinin Tikinti Nazirliyinə qarşı iddiası təmin olunub. 

"Report"un Znak.ru saytına istinadən verdiyi məlumata görə, qurum artıq ikinci dəfədir "Azərbaycan" təşkilatna Yekaterinburqun Repin küçəsində məscid tikməyə icazə verməyib. Bundan əvvəlki prosesi də təşkilat udub.

Məscidin müsəlman qəbiristanlığı yaxınlığında tikilməsi planlaşdırılır. Tikinti və İnfrastruktur Nazirliyində hesab etdilər ki, "Azərbaycan"ın sərəncamında olan torpaq sahəsi "Nekropol" mədəni irs obyektinin mühafizə zonasına daxildir.

Son xəbərlər

Orphus sistemi