Yuxarı

​Dünya Azərbaycanlıları Konqresinin növbəti qurultayının tarixi məlum olub

Konqresdən uzaqlaşmış bütün fəallar qurultaya dəvət edilib

Bakı. 11 mart. REPORT.AZ/ Dünya Azərbaycanlıları Konqresinin (DAK) XIII qurultayının tarixi açıqlanıb.

"Report"un əldə etdiyi məlumata görə, DAK-ın qurultayı aprelin 17-19-da Türkiyənin İstanbul şəhərində keçiriləcək.

DAK həmsədri Sabir Rüstəmxanlı da "Report"a faktı təsdiqləyib. O deyib ki, qurultayın aprelin ikinci ongünlüyündə keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Onun sözlərinə görə, konqresdən uzaqlaşmış bütün fəallar qurultaya dəvət edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi