​Dünya Azərbaycanlıları Konqresinin növbəti qurultayının tarixi məlum olub

​Dünya Azərbaycanlıları Konqresinin növbəti qurultayının tarixi məlum olub "Konqresdən uzaqlaşmış bütün fəallar qurultaya dəvət edilib"
Diaspor
11 Mart , 2015 14:54
​Dünya Azərbaycanlıları Konqresinin növbəti qurultayının tarixi məlum olub

Bakı. 11 mart. REPORT.AZ/ Dünya Azərbaycanlıları Konqresinin (DAK) XIII qurultayının tarixi açıqlanıb.

"Report"un əldə etdiyi məlumata görə, DAK-ın qurultayı aprelin 17-19-da Türkiyənin İstanbul şəhərində keçiriləcək.

DAK həmsədri Sabir Rüstəmxanlı da "Report"a faktı təsdiqləyib. O deyib ki, qurultayın aprelin ikinci ongünlüyündə keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Onun sözlərinə görə, konqresdən uzaqlaşmış bütün fəallar qurultaya dəvət edilib.

Son xəbərlər

Orphus sistemi