Yuxarı
    Bağlamaq

    İsraildə keçmiş sovet ölkələrində yaşayan etnik xalqların hüquqları müzakirə olunub

    Görüşdə yəhudilərin azərbaycanlılarla birgə fəaliyyəti müzakirə edilib

    Bakı. 7 sentyabr. REPORT.AZ/ İsraildə keçmiş sovet ölkələrində yaşayan etnik xalqların hüquqları və immiqrasiya məsələləri müzakirə olunub.

    "Report" xəbər verir ki, Təl-Əvivdə Ukrayna səfirliyinin təşkilatçılığı ilə keçirilən ölkənin müstəqillik günü tədbirində İsrail parlamentinin deputatları, bu ölkənin Absorbsiya (immiqrantların işləri üzrə) naziri Sofa Landver, Ukraynanın İsraildəki səfiri Gennadi Nadolenko və digər ictimai-siyasi xadimlər ilə yanaşı, Ukrayna Millətlər Assambleyasının prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri və Avropa Azərbaycanlıları Konqresinin vitse prezidenti Rövşən Tağıyev də iştirak edib.  

    Qəbul çərçivəsində R.Tağıyev bir sıra rəsmi görüşlər keçirib. Görüşlərdə bütün ölkələrdə, o cümlədən Ukraynada, Azərbaycanda yaşamış və sonradan İsrailə köçmüş yəhudilərin, onların azərbaycanlılarla, ümumiyyətlə, ukraynalılarla birgə fəaliyyəti müzakirə olunub. Eyni zamanda keçmiş Sovet İttifaqı ölkələrindəki (xüsusilə Ukrayna və Azərbaycanda) separatizmdən xalqların, etniklərin əziyyət çəkməsindən narahatlıq ifadə olunub. 

    R.Tağıyev etnik xalqların hüquqları və onların birgə yaşayışı ilə bağlı assambleyanın planları ilə rəsmi qonaqları tanış edib, İsrail rəsmiləri tərəfindən təklif edilən planlar bəyənilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi