Yuxarı

Gürcüstan prezidenti azərbaycanlıların yaşadığı rayondakı vəziyyətlə tanış olub

Gürcüstan prezidenti azərbaycanlıların yaşadığı rayondakı vəziyyətlə
Dinlə

1507

“Gürcüstanın bütün bölgələrindəki vətəndaşlar koronavirusdan eyni dərəcədə qorunur”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Marneulidəki vəziyyətlə yerində tanış olan Gürcüstan prezidenti Salome Zurabişvili bildirib.

Prezidentin sözlərinə görə, insanların virusdan maksimal qorunması üçün bütün tədbirlər görülür: “Biz hazırda daha da çətin ola biləcək yeni mərhələyə qədəm qoyuruq. Buna görə də hamı hazır olmalıdır. Hamı təmkinli və ehtiyatlı olmalıdır. Dərk etməliyik ki, biz hamımız bir-birimizin sağlamlığı üçün cavabdehik”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi