Əhməd bəy Ağaoğlunun nəvəsi vəfat edib

Əhməd bəy Ağaoğlunun nəvəsi vəfat edib Bakı. 10 yanvar. REPORT.AZ/ Türk dünyası və Azərbaycanın məşhur ideoloqlarından biri Əhməd bəy Ağaoğlunun nəvəsi Tektaş Ağaoğlu vəfat edib.
Diaspor
10 Yanvar , 2018 11:32
Əhməd bəy Ağaoğlunun nəvəsi vəfat edib

Bakı. 10 yanvar. REPORT.AZ/ Türk dünyası və Azərbaycanın məşhur ideoloqlarından biri Əhməd bəy Ağaoğlunun nəvəsi Tektaş Ağaoğlu vəfat edib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, yazıçı və tərçüməçi Tektaş Ağaoğlu 84 yaşında İstanbuldakı “Amerkan” Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, T.Ağaoğlu 1934-cü ildə İstanbulda anadan olub. O, Oxsford Universitetinin Hüquq fakültəsini bitirib. Türkiyədə bir sıra qəzet və jurnallarda, o cümlədən “Ant”, “Cumhuriyet” və “Yeni Ortam” da siyasət və fəlsəfəyə dair yazılarla çıxış edib.

Son xəbərlər

Orphus sistemi