Yuxarı
    Bağlamaq

    Diaspor rəhbəri: "İsrail vətəndaşları Azərbaycana çox böyük maraq göstərirlər"

    Əgər fevralda Bakı ilə Tel-Əviv arasında həftədə iki aviareys yerinə yetirilirdisə, indi bu uçuşların sayı 10-a qədər çatdırılıb© Report/ Elchin Murad — "Azərbaycan-İsrail" Beynəlxalq Assosiasiyasının rəhbəri Lev Spivak

    Bakı. 9 iyun. REPORT.AZ/ "İsrail vətəndaşları Azərbaycana çox böyük maraq göstərirlər".

    Bunu "Report"a açıqlamasında "Azərbaycan-İsrail" Beynəlxalq Assosiasiyasının rəhbəri Lev Spivak deyib.

    "Əgər fevralda Bakı ilə Tel-Əviv arasında həftədə iki aviareys yerinə yetirilirdisə, indi bu uçuşların sayı 10-a qədər çatdırılıb. Təəssüf ki, İsraildə səyahət üçün məsləhət görülməyən ölkələrin siyahısı var və israillilər bunu nəzərə alırlar. Azərbaycan bu siyahıya 1992-ci ildə düşüb. İsrailin Azərbaycandakı səfirliyi bu məsələni həll etməyə çalışır. Biz də bu siyahını tərtib edən təşkilata müraciət edirik. Ümid edirəm ki, bu təşkilatın rəhbərləri özləri Azərbaycana turist kimi gələrlər və burada hər şeyin qaydasında olduğunu görərlər", - o qeyd edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi