Yuxarı

Diaspor Gənclərinin II Yay düşərgəsində iştirak üçün 44 ölkədən 352 nəfər müraciət edib

Diaspor Gənclərinin II Yay Düşərgəsində iştirak üçün müraciət müddəti
© Report

Şamaxıda keçiriləcək “Nəsimi 650” Azərbaycan Diaspor Gənclərinin II Yay Düşərgəsində iştirak üçün müraciət müddəti başa çatıb.

Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Düşərgədə iştirak etmək üçün 44 ölkədən 352 gəncin müraciəti qeydə alınıb. 

“Artıq gənclərlə müsahibə müddəti başlayır”, - Dövlət Komitəsindən bildirilib.

Qeyd edək ki, Azərbaycan Diaspor Gənclərinin II Yay Düşərgəsi 8-14 iyul tarixində keçiriləcək. Layihənin məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri vahid platforma ətrafında bir araya gətirmək və Azərbaycanla daha yaxından tanış etməkdir. Düşərgə İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi