Bakı. 11 yanvar. REPORT.AZ/ Rusiya Federasiyasının Rostov vilayətində yaşayan azərbaycanlılar Vaqif Mustafayev adlı şəxsin vilayətdəki azərbaycanlılar adından erməniləri Milad bayramı münasibətilə təbrik etməsinə görə etiraz bəyanatı yayıblar.
Rostovdakı azərbaycanlı təşkilatlardan “Report”a daxil olan bəyanatda bildirilir ki, V.Mustafayev 20 ildir Rusiya Azərbaycanlıları Mədəni Muxtariyyətinin Rostov üzrə sədridir və bu müddət ərzində cinayət aləmi ilə sıx təmas quraraq azərbaycanlılara qarşı zərərli addımları ilə tanınıb: “O, Rusiya hüquq mühafizə orqanları tərəfindən bu əməllərinə görə həbs edilib və 7 il də dustaq həyatı yaşayıb. Həbsdə olan zaman onu rəhbərlik etdiyi təşkilatda erməni millətinə mənsub olan həyat yoldaşı əvəz edib. Hazırda V.Mustafayev və yaxud onun təşkilatı ətrafında heç bir azərbaycanlı yoxdur. Mustafayev təşkilata Moskvadakı mərkəzi ofislərindən ayrılan vəsaiti də mənimsədiyi üçün ciddi problemləri var. Ümumiyyətlə, onun fəaliyyəti əvvəldən buradakı azərbaycanlılara maneə törədir. Bununla onun azərbaycanlılar adından danışması heç bir məntiqə və həqiqətə sığımır. Eyni zamanda bildiririk ki, onun bu hərəkəti azərbaycanlılarda qəzəb yaradır,
Bəyanatda o da bildirilir ki, 200-dən çox azərbaycanlı onun bu hərəkəti ilə bağlı etiraz aksiyasına toplaşacaq.