Rostov azərbaycanlıları bəyanat yayıb

Rostov azərbaycanlıları bəyanat yayıb Bakı. 11 yanvar. REPORT.AZ/ Rusiya Federasiyasının Rostov vilayətində yaşayan azərbaycanlılar Vaqif Mustafayev adlı şəxsin vilayətdəki azərbaycanlılar adından erməniləri Milad bayramı münasibətilə təbrik etməsinə görə etiraz bəyanatı yayıblar.
Diaspor
11 Yanvar , 2019 17:36
Rostov azərbaycanlıları bəyanat yayıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Rusiya Federasiyasının Rostov vilayətində yaşayan azərbaycanlılar Vaqif Mustafayev adlı şəxsin vilayətdəki azərbaycanlılar adından erməniləri Milad bayramı münasibətilə təbrik etməsinə görə etiraz bəyanatı yayıblar.

Rostovdakı azərbaycanlı təşkilatlardan “Report”a daxil olan bəyanatda bildirilir ki, V.Mustafayev 20 ildir Rusiya Azərbaycanlıları Mədəni Muxtariyyətinin Rostov üzrə sədridir və bu müddət ərzində cinayət aləmi ilə sıx təmas quraraq azərbaycanlılara qarşı zərərli addımları ilə tanınıb: “O, Rusiya hüquq mühafizə orqanları tərəfindən bu əməllərinə görə həbs edilib və 7 il də dustaq həyatı yaşayıb. Həbsdə olan zaman onu rəhbərlik etdiyi təşkilatda erməni millətinə mənsub olan həyat yoldaşı əvəz edib. Hazırda V.Mustafayev və yaxud onun təşkilatı ətrafında heç bir azərbaycanlı yoxdur. Mustafayev təşkilata Moskvadakı mərkəzi ofislərindən ayrılan vəsaiti də mənimsədiyi üçün ciddi problemləri var. Ümumiyyətlə, onun fəaliyyəti əvvəldən buradakı azərbaycanlılara maneə törədir. Bununla onun azərbaycanlılar adından danışması heç bir məntiqə və həqiqətə sığımır. Eyni zamanda bildiririk ki, onun bu hərəkəti azərbaycanlılarda qəzəb yaradır, Dağlıq Qarabağda erməni silahlıları tərəfindən qətlə yetirilən azərbaycanlıların ruhuna qarşı ciddi hörmətsizlikdir. Onu da bildiririk ki, Rostov vilayətində azərbaycanlıların diaspor lideri uzun zamandır millətin xeyir-şərinə yardım olan, həmyerlilərimizin birliyində, azərbaycanlıların və rusların qardaşlıq tədbirlərində və Azərbaycan həqiqətlərinin təbliğində fəal olan Şakir Allahverdiyevdir”.

Bəyanatda o da bildirilir ki, 200-dən çox azərbaycanlı onun bu hərəkəti ilə bağlı etiraz aksiyasına toplaşacaq.  

Son xəbərlər

Orphus sistemi