Yuxarı

Azərbaycan diasporu Rusiya Günü ilə bağlı bayram tədbirlərində iştirak edib

Azərbaycan diasporu Rusiya Günü ilə bağlı bayram tədbirlərində iştirak edib
İyunun 12-də Rusiyada milli bayram - Rusiya Günü qeyd olunur
© Report.az

Moskva. 12 iyun. REPORT.AZ/ İyunun 12-də Rusiyada milli bayram - Rusiya Günü qeyd olunur.

"Report"un Rusiya bürosunun məlumatına görə, bayram çərçivəsində Moskvada Çoxmillətli Rusiya Festivalı keçirilir və festivalda Azərbaycan diasporu da iştirak edir.

Belə ki, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos FMMM) və "Azərbaycan mədəniyyətinin inkişaf və dirçəlişi" (AMİD) Fondunun nümayəndələri xalq gəzintisində iştirak edərək, Rusiya xalqı ilə həmrəy olduqlarını göstəriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi