Almaniyada yaşayan azərbaycanlılar I Avropa Oyunları ilə əlaqədar bayraq aksiyası keçirir

Almaniyada yaşayan azərbaycanlılar I Avropa Oyunları ilə əlaqədar bayraq aksiyası keçirir Berlin, Drezden, Maqdeburq, Tangerhütte, Zeitz, Leypsiq və başqa şəhərlərdə bir neçə gündür Azərbaycan bayrağı dalğalanır
Diaspor
16 İyun , 2015 14:12
Almaniyada yaşayan azərbaycanlılar I Avropa Oyunları ilə əlaqədar bayraq aksiyası keçirir

Bakı. 16 iyun. REPORT.AZ/ Almaniyanın Berlin, Drezden, Maqdeburq, Tangerhütte, Zeitz, Leypsiq və başqa şəhərlərində bir neçə gündür Azərbaycan bayrağı dalğalanır. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, adıçəkilən şəhərlərdə yaşayan azərbaycanlılar "Bakı 2015" I Avropa Oyunları ilə əlaqədar evlərinin eyvanından və damından Azərbaycan bayraqlarını asıblar.

Soydaşlarımız bu aksiya ilə son günlər Avropa parlamentarilərinin, ümumiyyətlə, Avropa siyasətçiləri və mediasının I Avropa Oyunları ilə əlaqədar Azərbaycana qarşı qərəzli mövqeyinə öz etirazını bildirir, eyni zamanda "Bakı 2015" oyunlarına dəstək nümayiş etdirir.

Komitənin yaydığı məlumatda qeyd olunub ki, ilk Avropa Oyunları ilə əlaqədar Azərbaycana qarşı bəzi Qərb mətbuatında qarayaxma kampaniyası aparılır: "Erməni diasporunun təsiri altında birləşən anti-Azərbaycan qüvvələri, hətta Avropa Oyunlarını boykot etməyə çağırışlar edirdilər. Lakin Azərbaycanda oduğu kimi, xaricdə, o cümlədən Almaniyada yaşayan soydaşlarımızın da mübarizəsi sayəsində bəzi dairələr öz məqsədlərinə nail ola bilmədi".

Son xəbərlər

Orphus sistemi