Yuxarı

​ABŞ-da Ermənistan konsulluğunun binası qarşısında aksiya keçiriləcək

Etiraz aksiyası BMT-nin binası qarşısında davam etdiriləcək

Bakı.11 fevral. REPORT.AZ/ Nyu-Yorkda Türkiyə və Azərbaycan icmaları Ermənistan konsulluğunun binası qarşısında etiraz aksiyası keçirəcək.

"Report" "turkishny.com"a istinadən xəbər verir ki, aksiya 1992-ci il fevralın 26-da ermənilərin Xocalıda törətdiyi soyqırım qurbanlarının xatirəsinin anılmasına həsr edilir.

Tədbir fevralın 26-sı saat 11-də keçiriləcək.

Aksiya iştirakçıları etiraz çıxışını saat 12.00-dan 14.00-dək BMT-nin binası qarşısında davam etdirəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi