Yuxarı
    Bağlamaq

    Şimali İrlandiya yığmasının futbolçusu: “Azərbaycanla oyuna istidə çalışmaq çox çətin idi”

    Stüart Dallas: Qarşıdakı oyuna hazır olmalıyıq

    Bakı. 8 iyun. REPORT.AZ/ “Azərbaycana qarşı sərt istidə oynayacağıq, bu, vacib amildir. Biz nadir hallarda bu cür hava şəraitində meydana çıxmışıq. Lakin yaxşı nəticə gözləyirik”. 

    "Report"un məlumatına görə, bunu Şimali İrlandiya millisinin futbolçusu Stüart Dallas iyunun 10-da 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyunu yerli futbol assosiasiyasının rəsmi saytına dəyərləndirərəkən deyib.

    İngiltərənin “Lids” klubunun formasını geyinən 26 yaşlı yarımmüdafiəçi bildirib ki, iqlimə uyğunlaşmaq üçün Yeni Zelandiya ilə yoldaşlıq görüşündən dərhal sonra Türkiyəyə təlim-məşq toplanışına üz tutublar: "Hazırlıq üçün 3-4 gün vaxtımız var idi. İstidə çalışmaq çətin idi. Amma biz qarşıdakı oyuna hazır olmalıyıq".

    Dallasın sözlərinə görə, matçın ağır keçəcəyi ilə bağlı təxminləri yoxdur: “Bütün gücümüzü ortaya qoyacağıq. Fikrimcə, nəticə pozitiv olacaq. Yoldaşlıq matçında Yeni Zelandiyanı 1:0 hesabı ilə məğlub etdiik. Ona görə də əhvalımız çox yaxşıdır. Ümid edirəm ki, bu müsbət atmosferi qarşıdakı oyundan sonra da qoruyacağıq”.

    Qeyd edək ki, iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan – Şimali İrlandiya matçı saat 20:00-da start götürəcək. Beş turdan sonra Şimali İrlandiya 10 xalla 2-ci, Azərbaycan 7 xalla 4-cü pillədə qərarlaşıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi