DÇ-2018: Moldova-Gürcüstan görüşündə qalib müəyyənləşməyib - VİDEO

DÇ-2018: Moldova-Gürcüstan görüşündə qalib müəyyənləşməyib - VİDEO Görüş 2:2 hesablı heç-heçə ilə nəticələnib
Futbol
11 İyun , 2017 22:49
DÇ-2018: Moldova-Gürcüstan görüşündə qalib müəyyənləşməyib - VİDEO

Bakı. 11 iyun. REPORT.AZ/ 2018-ci il Dünya çempionatının seçmə mərhələsinin "D" qrupunda VI tur çərçivəsində Gürcüstan milli komandası Moldova yığması ilə səfər oyununa çıxıb.

"Report"un məlumatına görə, görüş 2:2 hesablı heç-heçə ilə nəticələnib.

Meydan sahibləri 15-ci dəqiqədə Radu Qınsari, 36-cı dəqiqədə isə Aleksandru Dedovun qolları ilə ilk yarını öndə tamamlayıblar. Lakin Gürcüstan millisi oyunçu əvəzləmələri sayəsində bərabərliyə nail olub. 65-ci dəqiqədə Georgi Merebaşvili, 70-ci dəqiqədə isə Valeri Kazaişvili fərqlənib.

Qonşu ölkə yığmasının heyətində "Neftçi"dən dəvət almış müdafiəçi Georgi Navalovski sonadək, "Qəbələ"dən Qazaxıstan "Tobol"una keçən yarımmüdafiəçi Nika Kvekveskiri isə 35-ci dəqiqədən etibarən meydanda olub. Moldova millisinin qapısını isə AZAL-ın keçmiş qolkiperi Stanislav Namaşko qoruyub.

Qeyd edək ki, bu nəticədən sonra Gürcüstan 3 xalla 5-ci, Moldova 2 xalla 6-cı pillədə qalıb.

Son xəbərlər

Orphus sistemi