Azərbaycan - Almaniya matçının ən yaxşı oyunçusu müəyyənləşib

Azərbaycan - Almaniya matçının ən yaxşı oyunçusu müəyyənləşib O, 2024 respondentin 44,1 faizinin səsini qazanıb
Futbol
28 Mart , 2017 17:09
Azərbaycan - Almaniya matçının ən yaxşı oyunçusu müəyyənləşib

Bakı. 28 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan və Almaniya yığmaları arasındakı 2018-ci il dünya çempionatının seçmə qrup matçının ən yaxşı oyunçusu müəyyənləşib.

"Report"un məlumatına görə, bu, görüşdə "dubl" etmiş Andre Şürrledir. Dortmund "Borussiya"sının 27 yaşlı hücumçusu Almaniya milli komandasının fan-klubunun keçirdiyi sorğu nəticəsində qalib olub. Şürrle sorğuda 2024 respondentin 44,1 faizinin səsini qazanıb. İkinci yeri 16 faiz səslə Mario Qomes tutub. Üçüncü yerə isə 9,3 faiz səslə Yonas Hektor yiyələnib.

Qeyd edək ki, Andre Şürrle Azərbaycan millisi ilə görüşün 19-cu və 81-ci dəqiqələrində fərqlənib. Almaniya yığmasının digər qollarını 36-cı dəqiqədə Tomas Müller, 45-ci dəqiqədə Mario Qomes vurub. Azərbaycan millisindən isə yeganə topun müəllifi 31-ci dəqiqədə Dmitri Nazarov olub.    

Son xəbərlər

Orphus sistemi