“ASAN” könüllüləri SOCAR-da təcrübə keçəcək

“ASAN” könüllüləri SOCAR-da təcrübə keçəcək Bu, SOCAR və “ASAN xidmət” arasında əməkdaşlıq müqaviləsi çərçivəsində olacaq
Energetika
12 Oktyabr , 2017 15:52
“ASAN” könüllüləri SOCAR-da təcrübə keçəcək

Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “ASAN xidmət” arasında əməkdaşlıq müqaviləsi çərçivəsində “ASAN” könüllülərinin SOCAR-ın idarə və müəssisələrində ixtisaslarına uyğun təcrübə keçmələri nəzərdə tutulur.

“Report” bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, artıq “ASAN” könüllülərinin iki qrupu SOCAR-ın idarə və müəssisələrində ödənişsiz təcrübə keçib. Könüllülərin növbəti qrupu təcrübi bilik qazanmaq məqsədilə müraciət edib və 45 nəfərin müraciəti qəbul olunub. Müvafiq müsabiqə prosedurunu (test imtahanı və müsahibə) uğurla keçən 20 nəfər “ASAN” könüllüsü SOCAR-da təcrübə imkanı əldə edib. Onlardan 4-ü şirkətin İnformasiya Texnologiyaları və Rabitə İdarəsində, qalanları isə hər biri 3 nəfər olmaqla “Neftqaztikinti” Trestində və “Azneft” İstehsalat Birliyində, hər biri 2 nəfər olmaqla SOCAR-ın baş ofisinin İnsan resursları Departamentində, Heydər Əliyev adına Neft Emalı Zavodunda və Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsində, hər biri 1 nəfər olmaqla Ekologiya İdarəsində, Geofizika və Geologiya İdarəsində və “Neftqazelmitədqiqatlayihə” İnstitutunda ödənişsiz təcrübə keçəcəklər.

Son xəbərlər

Orphus sistemi