Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan
Ziyafət Əsgərov “Report”a müsahibəsində bildirib ki, bu, saxta video - montajdır.
“Bu saxta video - montajı onu yayanların vicdanına buraxıram. Mənim əxlaqım, tərbiyəm, yaşım və statusum heç vaxt imkan verməz ki, hörmətli Sədrimizə “sən” deyə müraciət edim”, - deyə, sədrin birinci müavini vurğulayıb.
Qeyd edək ki, son günlər bəzi internet resurslarında, sosial şəbəkələrdə Milli Məclisin spikeri ilə birinci vitse - spikeri arasında iclas zamanı parlamentin 100 illiyə ilə bağlı dialoq barədə video-audio material yayımlanıb.