Ziyafət Əsgərov Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilib

Daxili siyasət
  • 23 fevral, 2016
  • 10:33
Ziyafət Əsgərov Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilib

Bakı. 23 fevral. REPORT.AZ/ Milli Məclisin bugünkü iclasında sədrin birinci müavini Ziyafət Əsgərovun Məhkəmə-Hüquq Şurasına (MHŞ) üzv təyin edilməsi məsələsi müzakirə olunub. "Report" xəbər verir ki, "Məhkəmə-Hüquq Şurası haqqında" qanunun 6.2.4-cü maddəsinə dəyişiklik edilib.

Qərara əsasən, Milli Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Abbas oğlu Əsgərov Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunub.

44 filmi