Yuxarı

​Zəfər günü münasibəti ilə Bakıdakı Türk şəhidliyi abidəsi ziyarət olunub

Tədbirdə Azərbaycanın bir qrup ictimai xadimi də iştirak edib

Bakı. 30 Avqust. REPORT.AZ/ Türkiyənin Zəfər günü milli bayramı münasibəti ilə bu ölkənin Azərbaycandakı səfirliyinin əməkdaşları, həmçinin burada fəaliyyət göstərən türk şirkətlərinin nümayəndələri və Azərbaycanın bir qrup ictimai xadimi Bakıda Türk şəhidliyi abidəsini ziyarət edib.

“Report”un məlumatına görə, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Türkiyə səfiri İsmayıl Alper Coşkun xatirə kitabçasına öz ürək sözlərini yazdıqdan sonra tədbir iştirakçıları qarşısında çıxış edib. Türk əsgərlərinin qəhrəmanlığından danışan səfir, Zəfər gününün bütün dünya üçün vacib olduğunu diqqətə çatdırıb.

Daha sonra şəhid məzarları və Türk şəhidliyi abidəsi önünə gül və əklil qoyulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi