Azərbaycana qarşı təzyiqlər xüsusilə mötəbər tədbirlər ərəfəsində artır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli "Vətəndaş cəmiyyəti milli-mənəvi dəyərlərə yönəlmiş ideoloji hücumlara qarşı" mübarizə mövzusunda keçirilmiş dəyirmi masada deyib.
Onun sözlərinə görə, Azərbaycan ideoloji təzyiqlərə qarşı mübarizə aparmalıdır: "Əlbəttə, belə təzyiqlər nəticə vermir. Azərbaycana qarşı siyasi təzyiq üsullarından biri kimi də eynicinslilərin nikahının müdafiəsidir".
Z.İbrahimli həmçinin Ermənistanın sürətlə silahlandırılması məsələsinə də diqqət çəkib: "İndi Ermənistan sülhdən yalnız pərdə kimi istifadə edir. Beynəlxalq ictimaiyyət isə ikili standartlardan çıxış edir. Növbə Ermənistana gələndə heç nə görmür, eşitmir".