Zakir Qaralov Göygöldə vətəndaşları qəbul edəcək

Zakir Qaralov Göygöldə vətəndaşları qəbul edəcək Qəbulda Gəncə şəhəri, Göygöl, Goranboy, Samux, Daşkəsən, Xocalı və Kəlbəcər rayonlarının sakinləri iştirak edə bilər
Daxili siyasət
17 May , 2017 10:31
Zakir Qaralov Göygöldə vətəndaşları qəbul edəcək

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş prokuror Zakir Qaralov mayın 26-da Göygöl rayonunda vətəndaşları qəbul edəcək. 

Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Saat 10:00-da Göygöl rayon Prokurorluğunun inzibati binasında keçiriləcək qəbulda Gəncə şəhəri, Göygöl, Goranboy, Samux, Daşkəsən, Xocalı və Kəlbəcər rayonlarının sakinləri iştirak edə bilər. 

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Göygöl şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli-telefonu-və[email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər. 

Son xəbərlər

Orphus sistemi