Yuxarı

Yusif Bağırzadə yenidən AMİP sədrliyinə namizəd olacaq

Partiya sədri: Hər bir üzv iki dəfə partiya sədri seçilə bilər

Bakı. 27 aprel. REPORT.AZ/ Qurultaya hazırlaşan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə növbəti müddətə sədr seçilmək üçün yenidən namizədliyini irəli sürəcək. Y.Bağırzadə "Report"a açıqlamasında bildirib ki, yenidən sədrliyə namizəd olmağına heç bir əngəl yoxdur: "Partiya Nizamnaməsində qeyd olunub ki, hər bir üzv iki dəfə partiya sədri seçilə bilər. Bunu nəzərə alaraq, qurultayda namizədliyimi irəli sürəcəm. Yaxın vaxtlarda partiyanın rayon təşkilatlarında konfranslar keçiriləcək və qurultaya nümayəndələr seçiləcək".

Y.Bağırzadə partiya qurultayının bu il keçiriləcək parlament seçkilərindən əvvəl baş tutacağını deyib.

Qeyd edək ki, AMİP-in Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinə partiyanın baş katibi Arzuxan Əlizadə sədrlik edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi