"Yüksəliş” müsabiqəsinin səyyar qeydiyyat avtobusları bölgələrə yola düşüb.
"Report" xəbər verir ki, səfərin məqsədi müsabiqə ilə bağlı əhalini məlumatlandırmaq, informasiya-kommunikasiya texnologiyalarına çıxış imkanları məhdud olan şəxslər üçün qeydiyyatdan keçməyə şərait yaratmaqdır.
Yanvarın 21-də Bakıdan yola düşən avtobusların hərəkət istiqamətlərinə uyğun səfərin ilk günündə Sumqayıt (9:00-14:00), Hacıqabul (10:00-13:00), Şirvan (14:00- 16:30) və Siyəzən (15:00-18:00) şəhərlərində görüşlər nəzərdə tutulub.
Daha sonra ardıcıl olaraq yanvarın 22-də Salyan (9:30-11:30), Biləsuvar (13:00- 15:00), Masallı (16:00-18:00), Şabran (9:30-12:00), Quba (13:00-16:00), yanvarın 23-də Qusar (09:30-12:00), Xaçmaz (13:30-17:30), Lənkəran (09:30- 13:30), Astara (15:00-17:00), yanvarın 24-də Neftçala (12:00-14:00), Şamaxı (10:00-13:00), İsmayıllı (14:30-18:00), yanvarın 25-də Qəbələ (09:30-13:00), Şəki (14:00), yanvarın 26-da Balakən (14:00), Zaqatala (10:00-13:00) rayonlarına səfər planlaşdırılıb.
Regionlarda səyyar qeydiyyat prosesinə
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident
Müsabiqənin qeydiyyat mərhələsi fevralın 2-də yekunlaşacaq.



