Yuxarı

Azərbaycanda yeni seçki məntəqələri yaradıla bilər

MSK-nın iclası keçirilib

Bakı. 19 avqust. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

“Report”un məlumatına görə, əvvəlcə 15, 25, 27 may tarixli iclaslarının protokolu təsdiq edilib.

İclasda MSK sədrinin müavini Natiq Məmmədov Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”ına əsasən, aşağı seçki komissiya üzvlərinin maarifləndirilməsi işinin təşkilinə dair məlumat verib.

O bu sahədə xeyli tədbirin keçirildiyini qeyd edib.

MSK katibi Mikayıl Rəhimov bəzi seçki dairələrinin seçki məntəqələri üzrə seçicilərin sayının təmsilçilik normalarına uyğunlaşdırılması ilə bağlı məlumat verib. O, dairə seçki komissiyalarında yeni məntəqələrin yaradılmasını tövsiyə edib.

Sonda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi