Yeni icra başçısı kollektivə təqdim olunub

Yeni icra başçısı kollektivə təqdim olunub Abşeron Rayon İcra Hakimiyyətinin yeni başçısı Abdin Fərzəliyev kollektivə təqdim olunub.
Daxili siyasət
20 Yanvar , 2022 10:09
Yeni icra başçısı kollektivə təqdim olunub
Abdin Fərzəliyev
0 : 00
0 : 00

Abşeron Rayon İcra Hakimiyyətinin yeni başçısı Abdin Fərzəliyev kollektivə təqdim olunub.

"Report"un məlumatına görə, onu Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavinlərindən biri təqdim edib.

Tədbirdə PA rəsmisi çıxış edib və ölkə rəhbərliyinin tapşırıq və tövsiyələrini çatdırıb. A.Fərzəliyev ona göstərilən etimada görə təşəkkür edib.

Bununla da A.Fərzəliyev Abşeronun icra başçısı kimi səlahiyyətlərinin icrasına başlayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin yanvarın 19-da imzaladığı sərəncamla İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Abdin Fərzəliyev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub və Abşeronun icra başçısı təyin edilib.

Son xəbərlər

Orphus sistemi