Yuxarı
    Bağlamaq

    Yeni Azərbaycan Partiyasının yaranmasının 24 illiyi ilə bağlı tədbir keçirilib

    Əli Əhmədov: Azərbaycanın uğurlu inkişafı bundan sonra da uzun illər YAP-ın iqtidar statusunun saxlanılması üçün çox ciddi əsas olacaq

    Bakı. 21 noyabr. REPORT.AZ/ Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 24 illiyi ilə bağlı “Müstəqilliyim, partiyam, əbədiyyətim” adlı tədbir keçirilib.

    “Report”un xəbərinə görə, tədbirdə YAP funksionerləri, deputatları iştirak ediblər.

    Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib ki, YAP hər bir kəs üçün uğurlu partiyadır: "Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının həyatında mühüm rol oynayıb. YAP-ın yaranması Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin hakimiyyətə gəlişi, Azərbaycana rəhbərlik etməsi YAP-ın fəaliyyəti ilə əlaqədardır. Bu gün də Yeni Azərbaycan Partiyası öz şərəfli tarixi missiyasını yerinə yetirir. Bu təşkilat Azərbaycanın qüdrətinin artırılmasında yaxından iştirak edir. YAP Azərbaycan tarixində bu günə qədər heç bir siyasi təşkilata müyəssər olmamış ictimai nüfuza sahib olub. Partiyamızın bir neçə aydan sonra üzvlərinin sayı 700 minə çatacaq. Azərbaycan tarixində, hətta birpartiyalı sistem olduğu dövrdə də bu qədər üzvü özündə birləşdirən siyasi təşkilat olmayıb".

    Ə.Əhmədov bildirib ki, ictimai nüfuz, həyata keçirilən islahatlar, Azərbaycanın uğurlu inkişafı bundan sonra da uzun illər YAP-ın iqtidar statusunun saxlanılması üçün çox ciddi əsas olacaq.

    Tədbir digər çıxışlarla davam edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi