Məntəqə sədri: "İlk dəfədir ki belə aktivlik görürəm"

Daxili siyasət
  • 07 fevral, 2024
  • 06:28
Məntəqə sədri: İlk dəfədir ki belə aktivlik görürəm

26 saylı Sabunçu birinci seçki dairəsinin 14 saylı seçki məntəqəsində 1487 nəfər səs verə bilər.

Bu barədə "Report"a məntəqə seçki komissiyasının sədri Yasin Əliyev məlumat verib.

O bildirib ki, hazırda 200-dən çox vətəndaş səs verib: "Səhər ilk saatlardan fəallıq müşahidə olunur. Hazırda da proses davam edir. Neçə ildir ki, seçkilərdə iştirak edirəm. İlk dəfədir ki belə aktivlik görürəm".