“YAŞAT” Fondunun “Ənənə” yay düşərgəsi başlayıb

“YAŞAT” Fondunun “Ənənə” yay düşərgəsi başlayıb 13-18 avqust 2024-cü il tarixində Göygöl rayonunun Milli Yaylaq Festivalı ərazisində şəhid övladları üçün ‘’Ənənə” yay düşərgəsi başlayıb.
Daxili siyasət
13 Avqust , 2024 17:52
“YAŞAT” Fondunun “Ənənə” yay düşərgəsi başlayıb

13-18 avqust 2024-cü il tarixində Göygöl rayonunun Milli Yaylaq Festivalı ərazisində şəhid övladları üçün ‘’Ənənə” yay düşərgəsi başlayıb.

Bu barədə "Report"a Fonddan məlumat verilib.

Bildirilib ki, düşərgə “YAŞAT” Fondunun təşkilatçılığı, Göygöl Rayon İcra Hakimiyyətinin, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun tərəfdaşlığı, “Bakcell”in baş sponsorluğu ilə keçirilir.

50 nəfərədək şəhid övladının qatıldığı düşərgə hərbi vətənpərvərlik və milli ənənələr mövzusunda baş tutur.

Açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və digər qonaqlar iştirak ediblər.

İştirakçılara düşərgənin məqsədi barədə məlumat verilib və uğurlar arzu edilib.

Beş gün davam edəcək düşərgədə iştirakçılar üçün oxatma, atçılıq, və digər qədim milli oyun növləri üzrə yarışlar keçiriləcək. Məqsəd vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Xatırladaq ki, “YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhid övladları üçün bundan əvvəl Londonda yay məktəbi, Antalyada isə yay düşərgəsi təşkil edilib. Fond tərəfindən şəhid övladları üçün mütəmadi olaraq düşərgələr, müxtəlif kurslar, layihələr və təlimlər təşkil edilir, onların yüksək səviyyəli təhsilinə dəstək göstərilir.

Son xəbərlər

Orphus sistemi